Prezident Göyçaya 7 milyon manat ayırdı

prezident_imza-3-768x576

Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, sərəncama əsasən, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir