ABŞ əsgərlərini Suriyadan İraqa köçürür
ABŞ Suriyadakı əsgərlərini İraq ərazisinə köçürdür.
Azpost.info “Reyter”ə istinadən bildirir ki, bu barədə Penqaton məlumat yayıb. Qeyd olunur ki, min nəfərə qədər olan əsgəri heyət İŞİD-ə qarşı mübarizə üçün dislokasiya olunur.
ABŞ müdafiə naziri Esper hazırda Yaxın Şərqdə səfərdədir. Jurnalistlərə müsahibəsində deyib ki, əsgərlərin Suriyanın şimalından çıxarılması davam edir.
