Çilidə xalq etirazları məqsədinə çatdı –

cili01

Çilidə parlamentin yuxarı palatası olan Senat ölkə prezidentinə paytaxt Santyaqoda metro gediş haqlarının artırılması ilə bağlı qərarı ləğv etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Bu barədə ölkənin qanunverici orqanının saytında deyilir.

Müvafiq qərarı 39 senator dəstəkləyib. Prezident Sebastyan Pinyera tərəfindən təqdim olunmuş qanun layihəsi bundan bir gün əvvəl Milli konqresin Deputatlar palatasında da 103 səslə təsdiqlənib.

Belə olan halda Nəqliyyat və Telekommunikasiya Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə “maliyyə sisteminin tarazlığını qorumaq və tarifin həqiqi dəyərini kompensasiya etmək üçün resurslar” taparaq müvafiq ali akt hazırlamalı olacaq. Müvafiq tədbir bu il ölkə büdcəsinə təxminən 4,8 milyon dollara başa gələcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir