Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Rusiya-Ermənistan-Azərbaycan baş prokurorlarının görüşü keçirilib

User 15 İyun 2023 - 20:19 (Last updated: 21 May 2025 - 20:15)
648b31bb3731e648b31bb3731f1686843835648b31bb3731c648b31bb3731d

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya-Ermənistan-Azərbaycan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Bu barədə Rusiya Baş Prokurorluğunun saytı məlumat yayıb.

Bildirilib ki, üçtərəfli görüşdə çıxış edən Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov görüşün ötən yüzillikdə bir çox taleyüklü qərarların qəbul olunduğu Tavrida sarayında keçirilməsi uğur üçün hər cür şans verdiyini qeyd edib.

Tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub. Rusiya-Ermənistan-Azərbaycan Baş prokurorlarının üçtərəfli görüşü 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Rusiya, Ermənistan və Azərbaycan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Peşəkar dialoqun davam etdirilməsi üçün qarşılıqlı hazırlığı yüksək qiymətləndirən İqor Krasnov gələcək əməkdaşlığın qurulmasına konstruktiv yanaşmaya görə hər iki tərəfə təşəkkür edib.

“Bildiyiniz kimi, bir aydan az müddət əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü baş tutub. Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər. Bununla əlaqədar olaraq, mən daimi təmasları davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyinin və davamlı iqtisadi inkişafının təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm”, deyə Krasnov vurğulayıb.

Rusiya baş prokuroru qeyd edib ki, bu cür tədbirlər hətta ən çətin vəzifələrin də sivil həll yolunun bariz nümunəsidir, asayişin bərpası, mülki əhalinin həyatının normallaşdırılması və təhlükəsizliyə təhdidlərin yaranmasının qarşısının alınması məqsədlərinə nail olunmasına töhfə verir. Bununla əlaqədar, mən bütün insan hüquqlarının müdafiəsi üzrə prokuror potensialından istifadə edərək, ilk növbədə, vətəndaşların maraqlarına diqqət yetirməklə, hərəkətlərimizi daha da sinxronlaşdırmağı təklif edirəm. Şəxsən mən və bütün tabeliyimdə olan şəxslər, o cümlədən sərhədyanı ərazilərdə dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı təhlükəsiz şərait və orada yaşayanların hamısı üçün layiqli həyatyarada biləcəyik”(apa).

Post navigation

Previous: Sərhəddəki hadisə yeri Azərbaycanın suveren ərazisidir, bütün zəruri tədbirlər görüləcək
Next: Dar ağacından qurtulan solçu “Disko rəqqası” –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.