Bakıda Suriya ilə bağlı danışıqlar –Çavuşoğlu və Cavad Zərif görüşdü

Bakıda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.

APA-nın İran Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində baş tutub.

Nazirlər görüş zamanı iki ölkə arasında qarşılıqlı əlaqələri, Suriyanın şimalındakı vəziyyəti, Suriya Konstitusiya Komitəsinin qurulması prosesini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir