Bakıda 22 yaşlı qız, Şəkidə ana 8 yaşlı övladı ilə itkin düşüb

Şəkidə ana azyaşlı övladı ilə birlikdə itkin düşüb.

Rayonun Böyük Dəhnə kəndində oktyabrın 26-da kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fatma Əliş qızı 2011-ci il təvəllüdlü qızı Allahverdiyeva Arzu Bəhruz qızı ilə birlikdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakıda isə  gənc qız itkin düşüb.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 85-də yaşayan, 1997-ci il təvəllüdlü Əliyeva Yeganə Dağıstan qızı oktyabrın 25-də axşam saat 19 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Atəşkəs gecə 22 dəfə pozulub

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi