Bortnikov:

07.11.2019 · 14:04 · Sosial

“Qərb ölkələri fəal şəkildə MDB ölkələrində daxili vəziyyəti pozmağa çalışırlar”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında deyib.

O qeyd edib ki, Qərb tərəfindən MDB-də daxili siyasi vəziyyətə xarici destruktiv təsir cəhdləri aktivləşib.

“Daxili siyasətə ənənəvi təsir aləti beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarıdır”, – deyə A. Bortnikov vurğulayıb.