Qazaxda toy karvanında təhlükəli anlar yaşanıb –

11.11.2019 · 10:50 · Sosial

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır. (APA)

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.