Ruhani:

12.11.2019 · 13:55 · Dünya

“İnqilabdan sonra ən ağır günləri yaşayırıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin cənubunda Kirman əyalətinin rəsmiləri ilə görüşündə İran Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, İran 1979-cu ilin islam inqilabından sonra ən ağır günlərini yaşamaqdadır.

“İndiyədək neft satışında bu qədər problemlə üzləşməmişdik”, – deyə İran Prezidenti bildirib.