“Bağdadinin yaxın adamının harada olduğunu bilirik” –

13.11.2019 · 09:10 · Dünya

Vaşinqtonda İŞİD terror qruplaşmasının öldürülən lideri Əbu Bəkr Əl-Bağdadinin yaxın adamlarından biri olan silahlı şəxsin harada yerləşməsi barəsində məlumat var.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Nyu-York iqtisadi klubda çıxışı zamanı bildirib.