İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunun ləğv ediləcəyinə qərar verib.
Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yayında Baş nazir Benyamin Netanyahu hökumətinin məhkəmə-hüquq islahatları çərçivəsində təsdiq edilmiş ilk qanunun ləğvi barədə qərarı Ali Məhkəmə kollegiyasında hakimlərin əksəriyyəti (15-dən 8-i) qəbul edib.
“Kan”ın qeyd etdiyi kimi, 15 hakimdən 12-si həmçinin qərar verib ki, Knesset (parlament) öz səlahiyyətlərini aşdıqda, Ali Məhkəmənin səlahiyyətləri ölkənin əsas qanunlarına dair sualları araşdırmaq və onları “müstəsna hallarda” etibarsız hesab etmək üçün kifayətdir.