Kiyevə raket hucumunda 2 dinc sakin ölüb, 50 nəfər yaralanıb

Rusiyanın Kiyevə raket zərbələri nəticəsində 2 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Azpost.info bildirir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

“Solomenski rayonundakı evdə zərərçəkənlərin sayı 49-a çatıb. Artıq iki nəfər ölüb. 43 nəfər xəstəxanaya yerləşdirilib. Bütün təcili yardım xidmətləri yerində işləyir”.-deyə mer bildirib.

Kliçko  qeyd edib ki, evin yaxınlığında müvəqqəti isti yerlər olan mərkəz yaradılıb, orada insanlara lazımi köməklik göstərilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.