Avtomobil qəzası nəticəsində Xaçmaz işıqsız və internetsiz qalıb

Yanvarın 4-ü axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, H.Z.Tağıyev küçəsində “Ford” markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Faktla bağlı araşdırmaya başlanılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.