İtaliya məhkəməsi ölümündən sonra Maradonaya bəraət verib

İtaliya Kassasiya Məhkəməsi argentinalı məşhur futbolçu Dieqo Maradonaya ölümündən sonra vergidən yayınma ittihamı üzrə bəraət verib.

Bu barədə “Reuters” agentliyi idmançının vəkili Ancelo Pisaniyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, məhkəmə “vergidən yayınma ilə bağlı heç bir sübut olmadığını” qəbul edib. Vəkil xatırladıb ki, İtaliyada 1980-ci illərin sonlarında “Napoli”də çıxış etmiş futbolçudan 40 milyon avro almağa çalışıblar. “Bu hekayə bitmiş elan edilə bilər. Maradona İtaliyanın vergi orqanlarına heç bir borcu yoxdur”, – o əlavə edib.

Dieqo Maradona “Barselona”, “Napoli” və “Nyuells Old Boyz”da çıxış edib. Argentina millisinin üzvü kimi 1986-cı ildə dünya çempionu olub. Argentinalı futbol tarixinin ən böyük oyunçularından biri hesab olunur. O, 2020-ci ilin noyabrında 60 yaşında kəskin ürək çatışmazlığından vəfat edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.