Rusiya prezidenti Vladimir Putin Milad bayramını Novo-Oqarevo iqamətgahında müharibədə həlak olan Rusiya Qəhrəmanlarının ailələri ilə qeyd edib.
Azpost.info bildirir ki, bu barədə mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, qeyd edib ki, iqamətgahın ərazisində Kilsə yerləşir. Orada Putin həlak olanların ailələri ilə birlikdə Milad mərasiminə qatılıb.
Peskov həmçinin deyib ki, həlak olanların uşaqları üçün əyləncə proqramı təşkil edilib. Prezident uşaqlarla, hərbçilərin dul qadınları ilə ətraflı söhbət edib, daha sonra qonaqları bayram şam yeməyinə dəvət edib.
Bundan əlavə, dövlət başçısı rusiyalılara təbrik nitqi ilə müraciət edib.