“Zəngəzur dəhlizi 2029-cu ilə qədər açılacaq”- Türkiyəli nazir

“Türkiyə, Azərbaycan və İran Zəngəzur dəhlizi ilə bağlı iş aparır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu deyib.

Nazir sözügedən dəhlizin 43 kilometrlik hissəsinə Ermənistanın da icazə verəcəyini deyib: “Çünki bu işdən o da bəhrələnəcək. Aldığımız son məlumatlar bu istiqamətdədir. Azərbaycan Zəngəzur dəhlizində öz tərəfini qurur. Ermənistan tərəfinin necə qurulacağı ilə bağlı heç bir aydınlıq yoxdur. Bizə gəldikdə, Zəngəzur dəhlizi tərəfdə olan Dilucu, Iğdır tərəfi üçün tenderimizi etdik. Bu il işə başlayacağıq”.

“Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi 5 il çəkəcək. Yəni, düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq” – nazir qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.