“Alman poliqonları üzərində naməlum PUA-lar kəşfiyyat aparır”- BİLD

Bir ildən çoxdur ki, Almaniya və Ukrayna hərbçilərinin birgə təlim keçdiyi alman poliqonları üzərində naməlum PUA-lar kəşfiyyat aparır.

Azpost.info xəbər verir ki, “Bild” yazır ki, alman rəsmilərinə görə, bunun arxasında Moskva dayanır.

“PUA-lar mütəmadi olaraq Bundesverin ukraynalılara “Leopard 1” tankları üzərində təlim keçdiyi Klitz hərbi poliqonunun üzərində müşahidə olunur. Bəzən bir neçə dron eyni anda hava məkanına daxil olur. Bu, açıq şəkildə təşkil olunub və əsasən Rusiyaya işarə edir”, – Bundestaqın Müdafiə Komitəsinin üzvü Markus Faber bildirib.

“Noyabrın ortalarında alman ordusunun bu dronlarla mübarizə aparmaq üçün xüsusi qrup yaratmasına baxmayaraq, hələlik heç bir PUA tutulmayıb”, – Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Nils Hilmer etiraf edib.

O hesab edir ki, xüsusi qrup Almaniya Daxili İşlər Nazirliyi ilə bu dronlara qarşı mübarizədə hansı vasitələrdən istifadə oluna biləcəyini müzakirə etməlidir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.