“Avropa İttifaqı öz ordusunu yaratmalıdır”- İtaliya XİN rəhbəri

“Avropa İttifaqı sülhü qoruyacaq və münaqişələrin qarşısını ala biləcək ordu yaratmalıdır”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.

XİN rəhbərinin fikrincə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü dövlətlərin olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı bir dünyada Avropa vətəndaşlarını yalnız Aİ-nin ordusu qoruya bilər. Odur ki, onun yaradılmasını təxirə salmaq olmaz.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.