Xəyalə Aslanova və Könül Ələsgərova bu rayonlara prokuror təyin olunub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu təyinatadək Xəyalə Aslanova Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.