ABŞ vətəndaşları seçkidə kütləvi iğtişaşların baş verəcəyini gözləyir –SORĞU

ABŞ vətəndaşlarının təxminən yarısı (49%) 2024-cü ildə keçiriləcək prezident seçkisindən sonra ölkədə kütləvi iğtişaşların təkrarlanacağını gözləyir.

Azpost.info bildirir ki, bu barədə “YouGov” şirkətinin CBS telekanalı ilə birgə keçirdiyi sorğunun məlumatlarında deyilir.

Hesabatda deyilir ki, bir çox amerikalılar ABŞ-da hakimiyyətin dinc yolla ötürülməsi perspektivlərindən narahatdırlar: “Ölkənin yarısı gələcək seçkilərdə uduzan tərəfdən zorakılıq gözləyir”.

Sorğunun nəticələrinə görə, amerikalıların 51%-i hakimiyyətin ötürülməsinin dinc yolla olacağına inanır. Bundan əlavə, ABŞ sakinlərinin 70%-i hesab edir ki, seçkilər öncəsi ölkədə demokratiya təhlükə altındadır.

Sorğu yanvarın 3-dən 5-dək ABŞ-da 2157 yaşlı amerikalı arasında aparılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.