G7 ölkələri Ər-Riyadda Ukrayna ilə bağlı gizli görüş keçirib

gettyimages_688697668__1__b842ef0d6231b37b55ec154da45bc91f_1300x820-737x415

Ukrayna prezidenti Vladimir Zelenskinin təkilif etdiyi “sülh formulu” ilə bağlı Kiyev və Qərb ölkələri nümayəndələrinin görüşü nəticə verməyib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

G7 ölkələrinin təşkliatçılığı ilə keçirilən görüş dekabrın 16-da Ər-Riyadda tam məxfilik şəraitində baş verib.

Məlumata görə, görüşdə heç bir mühüm irəliləyiş əldə olunmayıb.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, müzakirə zamanı Ukraynanın müttəfiqləri Rusiya ilə danışıqlar üçün Kiyevin şərtlərinə dəstək almağa cəhd ediblər.

Görüşdə Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyə rəsmiləri də iştirak edib. Çin, Braziliya və BƏƏ öz nümayəndələrini Ər-Riyada göndərməyib.

Azpost.info