Putin həmişə getmək istədiyi bölgəyə səfər edib

1704867768_yxj0awnszxmvaw1hz2uvmjaync8xlziwmtgwnzazlwdhzi1yazcwltaymy0xlmpwzw

Rusiya prezidenti Vladimir Putin ilk dəfə Çukotkaya səfər edib.

Azpost.info xəbər verir ki, bu, həm də Rusiya liderinin 2024-cü ildə ilk işgüzar səfəridir.

Putin dəfələrlə Çukotkada olmadığını və bu bölgəyə səfər etmək istədiyini bildirib. O, həmçinin Çukotkada turizm sənayesinin təkmilləşdirilməsinin zəruriliyini qeyd edib, çünki sərt iqlimə baxmayaraq, yerli təbiət turistləri cəlb edir.

Prezidentin təyyarəsi Rusiyanın ən şərq şəhəri olan Anadır hava limanına enib. Buradan ABŞ ərazisi olan Alyaskaya qədər olan məsafə 100 kilometrdən azdır.

Hazırda Çukotkanın paytaxtında temperatur -30°C-dir.

Azpost.info