Norveç Ukrayna ordusunun arsenalında olan ən vacib sistemin adını açıqlayıb

28cfe912-af76-11ee-a8c5-02420a0000c9_1024

Norveç Xarici İşlər Nazirliyi Ukrayna ordusunun arsenalında olan ən vacib sistemin adını açıqlayıb.

Azpost.info xəbər verir ki, bu, nazirliyin fikrincə Norveçin NASAMS zenit-raket sistemləridir.

“Bu system Ukrayna ordusu üçün son dərəcə vacibdir”, – xarici işlər naziri Espen Bart Eyde parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sistemlər yüksək effektivliyə malikdir və uğur nümayiş etdirir.

Bununla belə, XİN rəhbəri Ukrayna hava hücumundan müdafiə sistemlərində sursat çatışmazlığının olduğunu da qeyd edib.

Azpost.info