İrəvan Bakı ilə danışıqları Qərb platformalarında davam etdirmək istəyir- Açıqlama

“İrəvan hesab edir ki, Bakı ilə danışıqlar əvvəllər olduğu kimi Qərb platformalarında davam etdirilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın artıq formalaşmış danışıqlar formatlarını davam etdirməsi vacibdir.

“Məlumdur ki, Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri formatı, eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb. Bu, danışıqlara legitimlik əlavə edir”, Xandanyan deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.