Ekvador Rusiyanın hərbi texnikasından imtina edir- ABŞ-ın müasir silahlarını alacaq

Ekvador hakimiyyəti Rusiya istehsalı olan köhnə hərbi texnikanı ABŞ-ın müasir silahları ilə dəyişmək qərarına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə ölkə prezidenti Daniel Noboa məlumat verib.

“Biz ABŞ-dan kömək alacağıq. 200 milyon dəyərində Rusiyanın hərbi metal qırıntılarının müasir avadanlıq, müasir texnologiya ilə mübadiləsi aparılacaq”, – ölkə başçısı bildirib.

O, hansı texnologiyadan danışdığını dəqiqləşdirməyib. Məlumdur ki, ölkədə Sovet Mi-171E helikopterləri və İqla MANPADS-lərdən istifadə olunur, lakin müqavilələrin şərtlərinə əsasən, hərbi texnikanın üçüncü ölkələrə ötürülməsi adətən qadağandır.

Noboanın sözlərinə görə, mübadilənin 2024-cü ilin yanvar ayının sonunadək başa çatdırılması planlaşdırılır.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.