Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Qüdrət Həsənquliyevlə görüşüb

User 18 Yanvar 2024 - 12:51 (Last updated: 21 May 2025 - 20:15)
q01

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüş keçirib.

Bu haqda Azpost.info-ya açıqlama verən Koalisiya üzvü Səadət Bənənyarlı bildirib ki, görüşün məqsədi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 7 fevralda keçiriləcək seçkiyə hazırlıq mərhələsinin monitorinqi olub:“Artıq seçkinin təşviqat mərhələsindəyik. Namizədlərin televiziya çıxışları, seçicilərlər görüşləri başlayıb. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkinin bütün mərhələləri ilə bağlı təhlillər aparır və biz proses başa çatandan sonra müşahidə etdiklərimizi seçki prosesinin təkmilləşdirilməsi üzrə elmi araşdırmaya çevirmək niyyətindəyik. Koalisiyanın tərkibi də bunlar nəzərə alınaraq formalaşdırılıb. Ölkənin tanınan sosioloqları, politoloqları prosesə cəlb edilib”.

Səadət Bənənyarlı bildirib ki, görüşdə BAXCP-nin rəhbər heyəti iştirak edib. Monitorinq Koalisiyasını isə onunla bərabər insan haqları müdafiəçisi Novella Cəfəroğlu və professor Əhməd Qəşəmoğlu təmsil edib. Görüşdə ərazi bütövlüyünün bərpasından sonra yaranan yeni geopolitik situasiyada seçki prosesinin dövlət ənənələrinin yaranmasında rolundan xüsusi olaraq danışılıb: “Hər kəsə aydındır ki, 7 fevral seçkisi buna qədər keçirilən seçkilərdən çox fərqlidir. Ölkə reallıqları, dövlət-vətəndaş münasibətlərindəki yaxınlaşma tam fərqli bir situasiya yaradıb. Azərbaycan yeni dünya düzənində öz mövqeyini qorumaq və yüksəltmək üçün bir sıra proseslərdən keçməlidir ki, bunlardan biri də seçkidir. Prezident İlham Əliyev son çıxışlarında prezident seçkisinin önə çəkilməsi səbəblərini açıqlayarkən bu haqda danışıb. Bizim apardığımız araşdırmalar onu göstərir ki, seçicilər – böyük mənada cəmiyyət Azərbaycanın geosiyasi proseslərdə həssas bir dönəmdən keçdiyinin fərqindədir və üzərlərinə düşəni etməyə hazırdır. Bu mənada 7 fevralda yüksək seçici fəallığı gözləniləndir. Partiyalar üçün də yeni format yaranır. Qüdrət Həsənquliyev bir neçə dəfə prezidentliyə namizəd olub. Amma biz onunla söhbətdə həm namizəd kimi özünün, həm də seçki komandasının yeni çağırışlar üzrə hərəkət etdiyini görə bildik. Bütün bunlar seçkinin yeni reallıqlarıdır. Düşünürəm ki, proses bütünlükdə Azərbaycan dövlət həyatı üçün ciddi bir irəliləyiş kimi tarixə keçəcək”.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə digər namizədlərlə də görüş planlaşdırır.

Azpost.info

Post navigation

Previous: MSK və MEDİA Naxçıvandakı media nümayəndələri üçün seminar təşkil edib
Next: 2 min manata silah satmaq istəyən şəxs saxlanıldı

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Azərbaycanda aqrar sektorda vergi güzəştlərinin dəyişdirilməsi kiçik və ailə təsərrüfatlarının vəziyyətini çətinləşdirə bilər. Azpost.info-nun məlumatına görə, iqtisadçı-ekspert...
Read more about Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.