Bakıda balıqçı itkin düşüb

18.11.2019 · 11:16 · Sosial
Balıqçı

Pirallahıda balıqçı itkin düşüb.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Səfa Əliyev noyabrın 17-də balıq tutmaq üçün Pirallahı qəsəbəsində yerləşən estakadaya gedib. Həmin gündən onunla əlaqə kəsilib. Onun dənizə düşdüyü ehtimal edilir.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.