Rusiyanın Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı iddia edilir.
Azpost.info bildirir ki, bu barədə REN TV mənbələrə və Shot Telegram kanalına istinadən məlumat yayıb.
Təyyarənin qəzaya uğraması ilə bağlı məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Öz növbəsində, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Koroçanski rayonunda baş verən insident barədə məlumat verib, buna görə iş qrafikini qəfil dəyişərək hadisə yerinə gedib.
“Hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir”, – deyə məmur öz Telegram kanalında yazıb.
“112” Telegram kanalının məlumatına görə, Belqorod yaxınlığında qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində 60-dan çox insan olub.
Bundan əvvəl Belqorod və Belqorod vilayətində raket təhlükəsi elan edilib və sakinlərdən evdə qalmağa və pəncərələrə yaxınlaşmamağa çağırılıb.