“Ukrayna hakimiyyəti Belqorod yaxınlığında ukraynalı məhbusların da olduğu İl-76 hərbi təyyarəsini vurmaqla vəhşilik aktı törədib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
O bildirib ki, artıq Kiyevlə hər hansı mümkün razılaşmalar sual altına düşdü.
“Kiyev insan həyatına tam etinasızlıq nümayiş etdirərək ağılasığmaz vəhşilik etdi. Onlar razılaşmaları pozaraq pilotlarımızı və müşayiət edən əsgərlərimizi öldürdülər və öz həmvətənlərini “xərclədilər”, – Miroşnik qeyd eidb.
Ukrayna Müdafiə Nazirliyindən bildiriblər ki, onlar hələ Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğramasında Ukrayna Silahlı Qüvvələrinin iştirakını təsdiq və ya təkzib edə bilmirlər.
Azpost.info