Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək- Nələr müzakirə olunacaq?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının üzvləri ilə Ukraynada və Qəzza zolağında yaranan vəziyyəti müzakirə edəcək.

Azpost.info xəbər verir ki, Türkiyə Təhlükəsizlik Şurasının bu il ilk iclası yanvarın 25-də baş tutacaq.

Ərdoğan iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə İsrail ordusunun Qəzzada keçirdiyi hərbi əməliyyatın nəticələrini müzakirə edəcək, həmçinin münaqişənin digər ərazilərə keçmə riskini öyrənəcək. Bundan başqa, husilərin ABŞ döyüş gəmilərinə hücumu müzakirə olunacaq.

Rusiya ilə Ukrayna arasındakı münaqişəyə xüsusi diqqət yetiriləcək.

Türkiyə liderinin Təhlükəsizlik Şurasının üzvləri ilə gözlənilən görüşünün məzmunu rəsmi olaraq açıqlanmayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.