Avropa İttifaqı gələn həftə Kiyevə 50 milyard ayıra bilər- “Bloomberg”

Gələn həftə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynaya 50 milyard avro məbləğində yardımın göstərilməsinə dair razılığa gələ bilərlər.

Azpost.info xəbər verir ki, “Bloomberg” bunu Latviya prezidenti Edqars Rinkeviçsə istinadən yazıb.

Rinkeviçsə görə, istənilən halda, Ukraynanın bu pula ehtiyacı var və Aİ bunu təmin etməlidir.

2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstan Baş naziri Viktor Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb.  Macarıstan Kiyevə vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə illik əsasda maliyyə yardımı göstərməyi təklif edib.

Məsələ fevralın 1-də Belçikanın paytaxtında keçiriləcək sammitdə icma liderləri tərəfindən yenidən müzakirə olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.