Belarusda nəsillərin dəyişməsi zamanı SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun səhvlərini təkrarlamaq olmaz.
Azpost.info xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko bildirib.
O, ölkə alimləri ilə görüşündə keçid dövründə ehtiyatlı olmağa çağırıb.
“İstəsək də, istəməsək də nəsil dəyişikliyi var. Bu, hər zaman çox təhlükəli bir dövrdür. Bu dövr çox diqqətlə və incə şəkildə keçməlidir. Qorbaçov dövrünü təkrarlamaq olmaz. O zaman ki, cizgi filmlərinə baxıb sevinirdik: “Ah, xoşbəxtlik gələcək”. Ölkə dağıdıldı, çuxura düşdülər. Biz bunu təkrarlaya bilmərik”, – Belarus lideri qeyd edib.
Azpost.info