Ukrayna Silahlı Qüvvələrinin 2024-cü il üçün strategiyası Rusiyanın Krımda imkanlarını qeyri-stabil etməyə və Qara dənizdə uğur qazanmağa yönəlib.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib.
Onun sözlərinə görə, Ukraynanın planları realdır və ordunun 2023-cü ildə etdiklərinə əsaslanır.
“Krım Ukrayna üçün vacib olaraq qalır. Kiyev Rusiyanın yarımadadan Kiyevə qarşı bir növ, nizə kimi istifadə edə biləcəyindən ehtiyat edir. Məqsədlərinə çatmaq üçün Ukrayna hakimiyyəti ölkə iqtisadiyyatını yenidən qurmaq niyyətindədir. Hökumət artıq müəyyən uğurlar əldə edib”, – ABŞ rəsmisi deyib.
Azpost.info