ABŞ-ın İordaniyadakı bazasına hücumda 3 hərbçi ölüb, 20-si yaralanıb

abs baza iordan

İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb.

Bu barədə CNN rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, Suriya ilə sərhədə yaxın ərazidə baş verib. Ən azı 20 amerikalı hərbçinin yaralandığı bildirilir.