“ABŞ İrana cavab zərbəsinə hazırlaşır”- “Bloomberg”

“ABŞ İrana gizlicə zərbələr endirə bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bu plan İordaniya-Suriya sərhədində ABŞ bazasına İran PUA-ları ilə zərbə endirildikdən sonra gündəmə gəlib.

Pentaqonun məlumatına görə, PUA zərbələri nəticəsində 3 ABŞ hərbçisi həlak olub, 30-dan çoxu yaralanıb. Ötən ilin oktyabrında İsraillə HƏMAS arasında toqquşma başlayandan bəri ABŞ qüvvələri bu cür hücumlardan itki verməmişdi.

“Dünən Yaxın Şərqdə çətin gün keçirdik. Biz cavab verəcəyik”, – ABŞ prezidenti Co Bayden bildirib. O, hücumun arxasında Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi silahlıların olduğunu deyib.

Tehranın dəstəklədiyi “İraqda İslami Müqavimət” qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

ABŞ müdafiə naziri Lloyd Ostin cavab tədbirlərinin uyğun zamanda və lazımi yerdə görüləcəyini deyib: “Prezident və mən ABŞ qüvvələrinə hücumlara dözməyəcəyik. Birləşmiş Ştatları, qoşunlarımızı və maraqlarımızı qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyik”.

“Bloomberg”dəki mənbə bildirib ki, ABŞ İrana və ya İran rəsmilərinə planlaşdırılan zərbəyə görə məsuliyyəti öz üzərinə götürməyəcək, lakin Tehrana “aydın mesaj göndərəcək”. Eyni zamanda, Baydenin qərarı onun bütün prezidentliyi dövründə ən vacib qərarlardan biri olacaq.

“O, bazaya hücuma görə məsuliyyət daşıyanları cəzalandırmaq istəyir. Lakin bu, Tehranla birbaşa qarşıdurmaya səbəb ola bilər”, – agentlik qeyd edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.