“Dünya üçüncü dünya müharibəsinin astanasındadır”.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki Amerika bazasına hücumdan sonra Truth sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İordaniyadakı ABŞ hərbi obyektinə PUA ilə hücum, 3 ABŞ hərbçisinin ölümü və daha çoxunun yaralanması Amerika üçün dəhşətlidir. O deyib ki, ABŞ-a qarşı bu həyasız hücum Co Baydenin zəifliyi və təslimiyyətinin daha bir dəhşətli və faciəli nəticəsidir.
“Mən prezident olsaydım, bu hücum heç vaxt baş verməzdi. Bunun baş vermə şansı olmayacaqdı. Eləcə də İranın dəstəklədiyi HƏMAS-ın İsrailə hücumu, Ukraynada da münaqişə baş verməyəcəkdi. Biz III Dünya Müharibəsinin astanasındayıq”, – Tramp yazıb.