Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə hakimiyyətindəki kadr dəyişikliklərini tənqid edib.
Azpost.info xəbər verir ki, o, “Facebook” hesabında baş nazirin dəyişməsini gürcü xalqının ələ salınması adlandırıb.
“Kobaxidzenin oliqarx Bidzina İvanişvili tərəfindən təyin edilməsi gürcü xalqının növbəti ələ salınmasıdır. Masanın ətrafında stulların karuseli adi vətəndaş üçün heç nəyi dəyişmir”, – Saakaşvili bildirib
Söhbət baş nazir İrakli Qaribaşvilinin istefasından gedir. Onun yerini “Gürcü arzusu” partiyasının hazırkı sədri İrakli Kobaxidze tutacaq.
Azpost.info