Dərslik ekspertləri ilə görüş keçirilib

STEAM İnnovasiya Mərkəzində dərslik ekspertləri ilə görüş keçirilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüşdə ümumi təhsil pilləsi üzrə 2023–2024-cü tədris ili üçün hazırlanmış dərsliklərin qiymətləndirmə nəticələri müzakirə olunub.

Növbəti tədris ili üçün təkmilləşdirilməsinə və yenidən hazırlanmasına ehtiyac olan dərsliklərin ekspertizasının gedişatı təhlil edilib, həmçinin təkliflər dinlənilib.

Sonra ekspertlər STEAM İnnovasiya Mərkəzinə baxış keçirib, eksponat və simulyatorların tədrisdə istifadə imkanlarını müzakirə ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.