Rusiyalı milyarderin 850 min dolları Ukrayna büdcəsinə köçürüldü

valyuta
valyuta

Ukrayna büdcəsinə Rusiyadan ələ keçirilən ilk 850 min dollar daxil olub.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin dövlət əmlak fondunun rəhbəri Vitali Koval bildirib.

Onun sözlərinə görə, bu vəsait rusiyalı milyarder Oleq Deripaskanın əlindən alınıb.

“Ukraynanın düşmənlərinin vəsaitləri infrastrukturun bərpasına sərf olunur. Artıq dövlət büdcəsinə 32 milyon qrivnadan çox vəsait köçürülüb. Bu, hökumətin, Ədliyyə Nazirliyinin, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin birgə işi sayəsində mümkün olub. Fond bərpa edilmiş aktivlərin mümkün qədər səmərəli şəkildə idarə edilməsi və sərəncam verilməsi üçün tədbirlər görür”, – Koval deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.