NATO-nun 3 ölkəsi Avropada qoşunlar üçün dəhliz yaradır

1900608841_0_0_3070_1728_1920x0_80_0_0_d964cc4b6c8feb1a1a656cdb2ee13e02

Niderland, Almaniya və Polşa qoşunların və ordu texnikasının hərəkəti üçün hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzalayıblar.

Azpost.info xəbər verir ki, bu barədə Niderland müdafiə naziri Kaysa Ollonqren məlumat verib.

Onun sözlərinə görə, Avropa ölkələrinə əsgərlərin səmərəli hərəkəti üçün “Hərbi Şengen” lazımdır ki, bu da Avropanı daha güclü edəcək.

“Hərbi personalı və texnikanı daha sürətli və səmərəli şəkildə daşımaq üçün bizə “Hərbi Şengen” lazımdır. Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq. Polşa, Almaniya və Niderland hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzaladılar”, – nazir qeyd edib.

Azpost.info