Yeni ildə bir həftə iş olmayacaq –Nazirlər Kabineti qərar verdi

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1, 2 yanvar Yeni il bayramıdır. Gələn il 4, 5 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il – 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir