Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib

User 13 İyun 2024 - 21:45 (Last updated: 21 May 2025 - 20:15)
hikmet nato

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 12-13-də Belçikada səfərdə olub.

Prezidentin köməkçisi Hikmət Hacıyev səfər çərçivəsində NATO-nun Brüsseldəki mənzil-qərargahında müttəfiq dövlətlərin nümayəndələrinin qatıldıqları “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

Tədbirdə Hikmət Hacıyev müttəfiq dövlətlərin nümayəndələri ilə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantılarının inkişafında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, ölkəmizin iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda, Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiq dövlətlərin təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini bildirib, NATO-nun etibarlı tərəfdaşı olaraq ölkəmizin Alyansla əlaqələrini yüksək qiymətləndirib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələrini, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir ediblər. Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29 sədrliyinə dəstək ifadə edilib. Onlar Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh gündəliyini yekdilliklə dəstəklədiklərini bildirib, iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı yüksək qiymətləndiriblər.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin köməkçisinin müavini Ceyms Appaturay, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüşlər keçirib.

Xatırladaq ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.

Post navigation

Previous: Naxçıvandakı mövqelərimiz yenə atəşə tutulub
Next: Qusarda qəbir daşlarını dağıdan şəxs saxlanılıb

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.