Kreml Trampa qarşı sui-qəsd cəhdini pisləyib

Kreml ABŞ-nin hazırkı administrasiyasının Donald Trampa sui-qəsd cəhdini təşkil etdiyinə inanmır.

TASS  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz qətiyyən düşünmürük və inanmırıq ki, prezidentliyə namizəd Trampı sıradan çıxarmaq cəhdi hazırkı hökumət tərəfindən təşkil edilib, lakin buna bu administrasiyanın siyasi mübarizə zamanı yaratdığı ab-hava səbəb olub”, – Peskov deyib.

Kremlin sözçüsü qeyd edib ki, ABŞ-nin siyasi sistemi tarixdə dəfələrlə zorakılıq nümunəsi təqdim edib.

Trampa sui-qəsd cəhdini şərh edən Peskov vurğulayıb ki, Rusiya siyasi mübarizə zamanı istənilən zorakılıq təzahürlərini pisləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.