Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Dövlət və özəl provayderlər internet qiymətini 40 faiz bahalaşdırmağı planlaşdırır

User 18 İyul 2024 - 14:44 (Last updated: 21 May 2025 - 20:15)
internet
Dövlət və özəl provayderlər internet tariflərini 40% qaldırmaq istəyir .
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama yayıb.
Ekspert bu addımı tənqid edib və “manipulyasiya” adlandırıb.
“Provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri aləmi bürüyüb. Görünən odur ki, dövlər və özəl provayderlər separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən birə 40% qaldırmaq istıəyirlər. Təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq”.
O.Gündüz  provayderlərin “bir anda varlanmaq xətti” götürməkdə ittiham edib: “Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır. Düşünüblər ki onlar niyə etməməlidirlər. “Yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yükəsk yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir”.
Ekspert deyib ki, Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. “Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəllib. Kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yaralanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?”
O.Gündüz bildirib ki, qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun.
“Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir ” ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəzuru olan internetə əlçatanlığı olsun. Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq , digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırırq”.
Azpost.info

Post navigation

Previous: AQTA qida zəhərlənmələri ilə bağlı məlumat yayıb
Next: “Rusiyada müdafiə xərcləri 300, Avropada cəmi 20 faiz artıb”

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Oktyabrın 29-u səhər İsrailin Mərkəzi Seçki Komissiyası Knessetin 26-cı çağırışına seçkilərlə bağlı yeni məlumatları açıqlayıb. Saat 09:08-ə...
Read more about İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.