ADA Universitetinin prorektoru Fariz İsmayılzadə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
Azpost.info bildirir ki, bu barədə o, öz rəsmi sosial şəbəkə hesabında paylaşıb.
F.İsmayılzadənin namizədliyi Lənkəran şəhər seçki dairəsindən rəsmən təsdiqlənib.
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının sədridir.
2000-ci ildə Qərb Universitetini Politologiya ixtisası üzrə bitirib.
2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb.
2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsili alıb.
Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.
Diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
F.İsmayılzadə əslən Lənkərandandır.
Bu dairədən 2005-2024-cü illərdə Lənkəranı Milli Məclisdə Rüfət Quliyev təmsil edib. R.Quliyev mətbuata son açıqlamasında seçkilərdə iştirak etməyəcəyini bildirib.
