Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Bu gün Azərbaycanın altı idmançısı gücünü sınayacaq

User 29 İyul 2024 - 08:30 (Last updated: 21 May 2025 - 20:15)
olimpiada paris

Bu gün Azərbaycanın altı idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq.

Onlardan beşi mübarizəyə yeni qoşulacaq, biri isə ikinci görüşünü keçirəcək.

Badmintonçu Keişa Fatimə Zəhra qadınların fərdi yarışında ikinci sınağına çıxacaq. N qrupunda yer alan idmançı Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşacaq. Zəhra qrupdakı ilk matçında məğlub olub.

Edi Reski Dviçayo isə kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayacaq. Onun ilk rəqibi Avstriya idmançısı Kollins-Valentin Filimon olacaq.

Azərbaycanın əsas medal ümidlərindən biri hesab olunan cüdoçu Hidayət Heydərov da mübarizəyə bu gün start verəcək. 73 kiloqram çəki dərəcəsində dünya reytinqinin lideri olan idmançımız 1/8 finalda Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə görüşəcək.

Azərbaycan qılıncoynadanı Anna Başta qadınların fərdi yarışında mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk görüşündə çinli Yanq Henqyunu sınağa çəkəcək.

Bu gün, həmçinin Azərbaycanın iki boksçusu rinqə çıxacaq. Əvvəlcə ölkəmizin Olimpiya Oyunlarındakı kişi bayraqdarı Məhəmməd Abdullayev (+92 kiloqram) döyüşəcək. Onun rəqibi almaniyalı Nelvi Raman Tiafak olacaq. Axşam seansında isə Malik Həsənov (63,5 kiloqram) gürcüstanlı Laşa Quruli ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki boksçumuz mübarizəyə 1/8 finaldan start verəcək.

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Post navigation

Previous: Ermənistan Laçında kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib
Next: Yunanıstanın kralının sonuncu nəvəsi vəfat edib

Oxşar xəbərlər

mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48

xƏBƏR

israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Oktyabrın 29-u səhər İsrailin Mərkəzi Seçki Komissiyası Knessetin 26-cı çağırışına seçkilərlə bağlı yeni məlumatları açıqlayıb. Saat 09:08-ə...
Read more about İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.