Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib – 

User 29 İyul 2024 - 21:24 (Last updated: 21 May 2025 - 20:15)
q01

Saatlı rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə KOBİA – Sabirabad və Saatlı üzrə Agentliyin nümayəndəsi Piri Hüseynli, Mil – Muğan Regional Məşğulluq filialının nümayəndəsi Xaqani Orucov və Saatlı rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, bu günkü tədbirimiz məcburi köçkünlərin maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır.
Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, ərazilərimizin işğaldan azad edilməsindən sonra hökumət və onun ayrı-ayrı strukturları ƏƏSMN, İqtisadiyyat Nazirliyi, DMA, Nazirlər kabinetinin və demək olar ki, bütün qurumları o cümlədən QMKİDK də bu istiqamət üzrə müxtəlif layihələrlə çıxış edirlər. Müxtəlif təşəbbüslər irəli sürürlər və müxtəlif işçi qrupları yaradılmışdır ki, bu işçi qrupları çərçivəsində köçürülən şəxslərin məşğulluğunun təmin edilməsi məsələləri burada əsas proritet olaraq dayanır.
Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının KOBİA – Sabirabad və Saatlı üzrə Agentliyin nümayəndəsi Piri Hüseynli, Mil – Muğan Regional Məşğulluq filialının nümayəndəsi Xaqani Orucov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Post navigation

Previous: Hidayət Heydərov Olimpiya çempionu oldu
Next: ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib

Oxşar xəbərlər

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21

xƏBƏR

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub. Trend...
Read more about Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.