Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Laçında itkin əsgərlərlə bağlı həbs edilən hərbçilər işgəncə və digər cinayətlərdə ittiham olunur

User 08 Avqust 2024 - 11:16 (Last updated: 21 May 2025 - 20:15)
əsgər

əsgər

Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşməsi ilə bağlı azadlıqdan məhrum edilən iki hərbçi tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Hərbi Prokurorluğun avqustun 7-də yaydığı məlumatdan aydın olur ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.

Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbrik Babayev və Taleh Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 329-cu maddəsində tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlərə görə cəza nəzərdə tutulur.

Təbriz Babayev Cinayət Məcəlləsinin 329.2.1-ci (eyni əməllər təkrar törədildikdə), 329.2.2-ci (eyni əməllər iki və ya daha çox şəxsə qarşı törədildikdə), ən acınacaqlısı isə 329.2.6-cı maddəsi (eyni əməllər işgəncə verməklə törədildikdə) üzrə təqsirli bilinib.

Bundan başqa, ona qarşı Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə də ittiham irəli sürülüb.

Azadlıqdan məhrum edilən digər hərbçi Taleh Həməşəyev isə Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə təqsirli bilinib.

Qeyd edək ki, Azərbaycan Ordusunun 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmüş əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) meyitlərinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

Hər iki əsgər bu gün dəfn olunacaq.

Post navigation

Previous: Rezidenturaya qəbul üçün ixtisas seçimi başlanıb
Next: Rusiya Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli generalı həbs olunub

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.