Seçki Müşahidə Koalisiyası parlament seçkiləri ilə bağlı aralıq hesabat hazırlayır

Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyası 1 sentyabr parlament seçkiləri ilə bağlı aralıq hesabat hazırlayır.
Azpost.info bildirir ki, hesabatda ətraflı statistik analiz yer alıb. Analiz Koalisiya üzvü “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB tərəfindən aparılıb.
22 dairə üzrə 30 namizəd qeydə alınıb. 26-sı öz təşəbbüsü ilə, üç nəfər YAP-ın siyahısı üzrə, bir nəfər Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyini verib.
Namizədlərdən 3 Səbail bələdiyyəsi, M.Ə.Rəsulzadə bələdiyyəsi və Nərimanov bələdiyyəsi, 2 nəfəri Xətai, Yevlax, Binəqədi qəsəbə və Biləcəri, bir nəfəri isə Binəqədi, Yasamal, Xocasən, Sumqayit, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyəsindən olan üzv və qulluqçular təşkil edir.
Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.