Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanda meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınmayıb –

User 19 Avqust 2024 - 14:31 (Last updated: 21 May 2025 - 20:15)
ust brend

Hazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb.

Bu barədə ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.

Qeyd edilib ki, Bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə etməyə davam edir: “Avqustun 16-da İsveç Mərkəzi Afrikaya səyahətdən qayıtmış bir şəxsdə Mpox Clade Ib-ni təsdiqləyən Afrikadan kənarda ilk ölkə oldu. Hazırda həmin şəxs təcrid edilib və lazımı müalicə alır. Dünya ölkələri arasında gediş-gəlişin intensivliyini nəzərə alsaq, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsə, Mpox-un yeni ştamları Avropa regionunda yayılma potensialına malikdir”.

Əvvəllər meymunçiçəyi kimi tanınan Mpox-a görə, bir neçə Afrika ölkəsində baş verən epidemiyalardan sonra avqustun 14-də iki il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildiyi xatırladılıb: “Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 mindən çox yoluxma halı və 500-dən çox ölümə səbəb olub.

Məlumatda deyilir ki, ÜST qlobal Mpox multi-ölkə riskininin qiymətləndirilməsini kəskin 3-cü dərəcəli fövqəladə vəziyyət dərəcəsinə yüksəldib və mövcud tövsiyələrin genişləndirilməsi və peyvəndlərin fövqəladə istifadə siyahısı üçün proseslərin başlanması daxil olmaqla, vəziyyəti həll etmək üçün müxtəlif tədbirlər görür.

ÜST, təklif edildiyi təqdirdə, insanları Mpox əleyhinə peyvənd olunmağa çağırır: “Bununla belə, əgər risk qrupuna aid deyilsinizsə və ya 2022-ci ildə başlanan epidemiyadan bəri Mpox peyvəndi olunmusunuzsa, ÜST Mpox peyvəndi olunmağı tövsiyə etmir. Artıq Clade II Mpoxu keçirmiş və ya Mpox peyvəndi olanların Mpox Clade I virusundan ağır xəstəliyə tutulması ehtimalından qorunacağı gözlənilir”.

Virusun hazırda Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsində yayıldığı diqqətə çatdırılıb: “Bu ölkələrə gedənlər səyahət tövsiyələrini nəzərdən keçirməli və Mpox-a yoluxmasını ehtimal etdikkləri şəxslərlə yaxın təmasdan qaçmaq kimi ehtiyat tədbirləri görməlidirlər”.

Xəstəlikdən ölüm ehtimalı sənədləşdirilmiş hallarda 0 ilə 11% arasında dəyişib və gənc uşaqlar arasında daha yüksək olub.

Post navigation

Previous: “Müttəfiqlik haqqında Bəyannamə uğurla yerinə yetirilir” –
Next: Putin Bakının “regionun vahəsi” adlandırdı

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.